200 nəfər soyuqdan ölüb

Şaxtalı günlər Şərqi Avropada və Rusiyada 200 insanın ölümünə səbəb olub. SİA-nın xarici mediyaya əsasən verdiyi məlumata görə, ölənlərin çoxu evsiz insanlardır.

Kəskin şaxta qurbanlarının sayı daha çox Ukraynada qeydə alınıb. Beləki, adı çəkilən ölkədə 83 nəfər şiddətli soyuqların keçməsilə əlaqədar ölüb.

Şərqi Avropa və Rusiya üçün daha da soyuq günlər qarşıdadır. Sinoptiklərin məlumatına əsasən şaxtalı hava gələn həftənin ortalarınadək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə