Hesab edirəm ki, Gürcüstan baş naziri Bidzina İvanaşvilinin yeni vəzifəyə gəlişi adı çəkilən ölkənin dövlət və xarici siyasətində köklü dəyişiklərə səbəb olmayacaq. Bunu SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli bildirib.
Onun sözlərinə görə, Gürcüstan dövləti Amerikanın (ABŞ) regionda əsas müttəfiqlərindən biridir: "Gürcüstan prezidenti Mixeil Sakaşvili də əsas istinad nöqtəsi kimi ABŞ-a üz tutmuşdu və onun seçimi birmənalı idi. Bu addımı görə, Gürcüstan post-sovet və xüsusilə də MDB ölkələri içərisində yeganə dövlət hesab olunur. Hesab edirəm ki, B.İvanaşvili baş nazir olduqdan sonra Gürcüstan-Rusiya müasibətlərində hər hansı bir dəyişikliklərə qiymət verərkən tələsməmək lazımdır. Ən azı o səbəbdən ki, ABŞ həqiqətəndə Cənubi Qafqazla bağlı maraqlarını güdaza verir və səssiz-səmirsiz bununla barışır. Rəsmi Vaşinqton adətən siyasətində belə addımlar atmır. Əgər ABŞ bu və ya digər halda mövqeyini yumşaldırsa təbii ki, bu da səbəbsiz deyil. Bəs, görəsən bütün bunlar adı çəkilən ölkənin nəyinə lazımdır?"
E.Nəsirli hesab edir ki, Rusiya ilə Amerika arasında çox ciddi fikir ayrılığı mövcuddur: "Rusiya ilə ABŞ NATO-nun raket əleyhinə müdafiə sisteminin Avropada yerləşdirilməsi ilə bağlı ayrı-ayrı fikirlər astanasındadılar. ABŞ prezidenti Barak Obama 2009-cu ildə Rusiyada prezident vəzifəsində Dmitri Medvedev olarkən hazırki prezident Vladimir Putin haqqında deyib ki, "V.Putinin bir ayağı keçmişdədir". İndi isə həmin bir ayağı keçmişdə olan Rusiyanın hazırki prezidentidir və onlar görüşürlər. Heç şübhəsiz ki, bu təmasda, görüşdə ciddi məsələlərdən ikincisi Əfqanıstandakı silahlı qüvvələrin taleyi ilə bağlı məslələrdir. Əfqanıstana daşımaların 70 faizi Rusiya ərazısında keçilməklə reallaşdırılır. Bununla belə Rusiya ilə münaisbətlərin gərginləşməsi adı çəkilən bu ölkənin bu prosesdəki təzyiq imkanlarını artırır. Bu isə təbii ki, ABŞ-a lazım deyil. Digəri isə İranın nüvə proqramı ilə bağlı məsələlərdir ki, burada yüz səksən dərəcə fərqli mövqedən çıxış edilir. Belə vəziyyətdə hesab edirəm ki, B.İvanaşvili Rusiya ilə münasibətləri gərgin vəziyyətdə saxlamayan Qərbə və ABŞ-a faydalıdır. Amerika heç bir halda razı ola bilməz ki, bu şəkildə Gürcüstanı itirsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB