Rusiya XİN: "Suriya müharibəsində qalib olmayacaq"

Rusiya XİN: "Suriya müharibəsində qalib olmayacaq"

Serqey Lavrov ölkəsinin mövqeyini bir daha vurğulayıb

Suriya müharibəsində qalib olmayacaq. Bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov "euronews" telekanalına eksklüziv müsahibəsində bildirib. Müxbirin "Siz Suriya müxalifətinin qələbə çalacağı, Bəşər Əsədin hakimiyyətdən gedəcəyi ehtimalını nəzərdən keçirirsinizmi?" sualına Lavrov belə cavab verib: "Bilirsiniz, bu müharibədə qalib olmayacaq. Qarşılıqlı məhv etmə müharibəsi gedir. Son günlər orada, eləcə də Suriyadakı fələstinli qaçqınların düşərgələrində də olduqca dəhşətli şeylər baş verir. Fələstinliləri bu daxili münaqişəyə qarışdırmaq istəyirlər. Fələstinlilər bölünüb, onların bir hissəsi Suriya rejimini, bir hissəsi müxalifəti dəstəkləyir. Özü də bəziləri bir müxalifət qrupunu, digərləri başqa müxalifət qrupunu. Düşünürəm ki, bu müharibədə qalibin olmayacağını hamı yaxşı başa düşür. İnsanlar bir dəfə Əsədlə heç bir danışıqlar aparmayacaqlarını deyiblər və özlərini küncə sıxıblar, indi də bilmirlər bu vəziyyətdən necə çıxsınlar".

Serqey Lavrov həmçinin vurğulayıb ki, Rusiyanın Suriyanı himayə etməsi kimi fikirlərə baxmayaraq, Rusiya əslində Suriyanın xeyrinə olan, zorakılığa son qoya biləcək istənilən mövqeyi bölüşür. Rusiyalı nazir həmçinin Rusiyanın birləşmiş Suriya müxalifəti ilə əməkdaşlıq etməyə hazır olduğunu bir daha qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə