"Wikileaks" in yaradıcısı 2013-cü ildə 1 milyon yeni məxfi sənəd dərc edəcəyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Wikileaks"in yaradıcısı Culian Assanj bu sözləri ona sığınacaq vermiş Ekvadorun Londondakı səfirliyinin eyvanından tərəfdarları qarşısında çıxış zamanı bildirib. Assanj nitqində bildirib ki, 2013-cü ildə bir milyon yeni məxfi sənəd dərc edəcək.
Assanj ona 6 aydır siyasi sığınacaq vermiş Ekvador səfirliyinə və dəstək olan britaniyalılara təşəkkür edib. Assanj ABŞ hökumətini, Pentaqonu "Wikileaks"ə qarşı əsassız ittihamlardan əl çəkməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB