"Rusiya həqiqətən Gürcüstanla münasibətləri normallaşdırmaq istəyir"

Vladimir Putin: "Biz müsbət olsa da təmkinli siqnallar görürük"
"Rusiya həqiqətən Gürcüstanla münasibətləri normallaşdırmaq istəyir"

Rusiya prezidenti Vladimir Putin rəsmi Moskva ilə Tiflis arasındakı mövcud münasibətlərdən danışıb. Putin Gürcüstanın yeni hökumətindən ölkəsi ilə əlaqələr qurmaq istiqamətində müsbət siqnallar gördüyünü bildirib. "Biz müsbət olsa da təmkinli siqnallar görürük. Gürcüstan hökuməti Rusiya ilə münasibətlərin həlli üçün xüsusi nümayəndə təyin edib. Bunu müsbət qarşılamışıq və adekvat cavab vermişik. Amma mən diqqəti hamıya məlum olan problemə yönəltmək istəyirəm. Bu, cənab prezident Mixail Saakaşvilinin vəziyyəti dalana dirəməsindən ibarətdir. Etiraf edirəm ki, burdan çıxış yolu tapmaqda çətinlik çəkirəm", - deyə Vladimir Putin əlavə edib.

Qeyd edək ki, Rusiya prezidenti həmçinin Gürcüstanla Rusiyanın bəzi mövzularda heç cürə razılığa gələ bilməyəcəyini deyib: "Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı qərarını ləğv edə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə