Rusiya prezidenti Vladimir Putin koalisiya qüvvələrinin Əfqanıstandan çəkilməsinin Rusiya üçün əlavə problemlər yaradacağını söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatının Moskvada keçirilən sammitindən sonra açıqlama verən Putin bu problemi indidən müzakirə etməli olduqlarını deyib.
KTMT-nın daha təsirli və modern struktura çevrilməsi üçün dəyişikliklərə gedildiyini də vurğulayan Rusiya prezidenti bu təşkilatın Əfqanıstandakı NATO kontingentinin azaldılmasında rol oynaya biləcəyini qeyd edib.
KTMT daxilinda Kollektiv Operativ Müdaxilə Qüvvələrinin inkişaf etdirildiyinə toxunan Putin Avrasiya bölgəsində təhlükəsizlik təhdidlərinə qarşı təsirli bir struktur yaratmaq istədiklərini bildirib: "Şimali Afrikada və Yaxın Şərqdə dramatik hadisələr yaşanır. Dünyada baş verən hadisələrin çoxu bir-biri ilə əlaqəlidir. Müstəqil ölkələrin daxili işlərinə qarışmaq beynəlxalq hüquqa ziddir. Biz sülh missiyası hazırlayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB