Türkiyənin milli peyki "Göktürk 2" Çindəki hava şəraiti səbəbilə planlaşdırıldığı vaxtdan bir gün əvvəl kosmosa göndərilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, TÜBİTAK Kosmos Texnologiyalarını Araşdırma İnstitutu və TUSAŞ tərəfindən istehsal edilən peyk dünən Türkiyə vaxtıyla saat 18:12:52-də Çinin Qansu əyalətindəki Jiuqan kosmodromundan fırladılıb. Çindəki baza ilə Ankara və Norveçdəki yer stansiyalarından canlı bağlantı həyata keçirilib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Göktürk 2"nin fırladılmasını TÜBİTAK-ın Kosmos Mərkəzindən canlı olaraq izləyib. Baş nazir çıxışında Türkiyə üçün tarixi ana şahidlik etdiklərini deyib: "Türkiyə olaraq keçmişdə də kosmosa peyk göndərdik, amma bu gün göndərdiyimiz "Göktürk 2" bu sahədə iddia sahibi ölkə olduğumuzun da konkret sübutu oldu. Hazırda öz peykini istehsal edə bilən 25 ölkədən birinə çevrildik".
Orbitinə yerləşən peyk dünyadan 686 kilometr yüksəklikdə olacak. Fırlatmadan sonra ilk siqnal alınacaq, daha sonra isə peykdən istilik, cərəyan kimi proseslər haqda məlumatların axışı başlayacaq. Daha sonra milli uçuş bilgisayarı "Bilgə" açılaraq peykin raketdən ayrılması əsnasında yaranan hərəkəti göndərilən komanda ilə dayandıracaq. Peykin dünyadakı istənilən nöqtələrə baxması təmin ediləcək. Daha sonra günəş panelləri bir-bir açılaraq peykin ehtiyac duyduğu elekrtik enerjisi istehsal ediləcək.
Müdafiə və inkişaf sahəsində mühüm ehtiyaclara cavab verəcək 'Göktürk 2' peyki hərbi kəşfiyyat, kənd təsərrüfatı məhsullarının analizi, ekoloji çirklənmə və təbii fəlakətlərin zərərlərinin dəyərləndirilməsi kimi sahələrdə istifadə ediləcək. 98 dəqiqədə bir dünyanın ətrafında fırlanacaq peyk Norveç və Çindən idarə olunacaq. Peykdən ilk görüntülərin 25-30 dekabr tarixlərində əldə edilməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB