Dünyanın ən gözəl yolkası hardadır?

Dünyanın ən gözəl yolkası hardadır?

Yeni ilin və Miladın başlıca simvolu əlbəttə ki, yolkadır. Dünyanın bütün şəhərləri yolkalarının işıqları, bəzəkləri və hündürlüyü ilə yarışırlar.

Nyu-York

Rokfellerin mərkəzindəki yolka ABŞ-da ən məşhur yeni il yolkasıdır. O, ilk dəfə 1931-ci ildə quraşdırılıb. Builki canlı yolka təkcə bayram simvolu deyil, həm də dözüm, sarsılmazlıq əlamətidir. Axı "Sendi" qasırğasından sonra salamat qalan ağac tapmaq çətin idi.

Rio-de-Janeyro

Rio-de-Janeyro 85 metr hündürlükdə milad yolkası işıqlandırıb. Metal karkaslı yolka hündürlüyünə görə Ginnesin Rekordlar kitabına salınıb. 85 metrlik "gözəl"in işıqlandırılması üçün 3 milyondan çox lampa lazım gəlib. 28 mərtəbəli bina hündürlüyündə olan yolkanın açılışı 100 mindən çox insanın iştirakı ilə 6 dəqiqəlik atəşfəşanlıqla müşayiət olunub.

London

Norveçin paytaxtı Oslo İkinci Dünya müharibəsində köməkyə minnətdarlıq əlaməti olaraq 65 il ərzində London sakinlərinə milad yolkası hədiyyə edir. Bu il 65 futluq yolka öz işıqlarını 6 dekabrdan Trafalqar meydanında yandırıb.

Paris

Parisin Osman bulvarında Swarovskidən cah-cəlallı, büllur şamdanlardan tac qoyulmuş yolka bəzədilib.

Praqa

Çexiyanın paytaxtındakı 36 min fənərlə işıqlandırılmış bayram yolkasına baxmağa dəyər.

Sidney

Sidneydə yeni il yolkasının qurulmasına 12 adam və 8 iş günü tələb olunur. Bu il bayram ağacını 58 min fənər, 90 ağ şar və 150-dən çox ulduz bəzəyir.

Saloniki

Dərin böhrana baxmayaraq, Yunanıstanda heç kim bayramı təxirə salmayıb. Lakin Salonikidəki 65 futluq milad yolkası yeganə bayram bəzəyi deyil. Yunanıstanda gəmilərin də bəzədilməsi adətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə