21 dekabrda qiyamətin olacağı ilə bağlı məlumatların ardınca indi də Apokalipsisin yeni tarixi açıqlanıb. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumatda qiyamət 2029-cu il aprelin 13-ü saat 4.36-da baş verəcəyi qeyd edilir.
Özündə 65 min atom bombası gücündə enerji toplayan "Apophis" asteroidi saatda 45 min km sürətlə yer kürəsinə yaxınlaşacaq. Bu hadisənin planetimiz üçün çox təhlükəli olduğunu iddia edən Moskva Dövlət Universitetinin laboratoriya müdiri Mixail Proxorov deyib ki, əgər asteroid yerə düşərsə onun sürəti saniyədə 16 km-dən az olmayacaq.
Mütəxəssislərin yeri gözləyən bu təhlükədən çıxış yolu axtardığı və bunun üçün ilk növbədə orbiti dəyişmək təklifi irəli sürülüb.
Bununla yanaşı, başqa asteroidin zərbələrinin təsirini azaltmaq kimi təkliflər də səslənir. Ancaq bu asteroidləri heç nə saxlaya bilməyəcək, çünki onun ölçüsü çox böyükdür.
"Apophis"in yerlə toqquşmasının yaradacağı təhlükələrə gəlincə isə, bu təsirdən yüzlərlə şəhər alt-üst ola bilər. Əgər "Apophis" okeana düşsə dəhşətli sunami yaradacağı da istisna deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB