Venesuelanın elm və texnologiya naziri prezidentin işinin başında olduğunu deyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Venesuelanın elm və texnologiya naziri Yorqe Arreaza dövlət televiziyasına verdiyi açıqlamada prezident Uqo Çavesin cümə günündən bəri Kubadan telefonla danışmağa başladığını deyib.
Çavesin işinin başında olduğunu söyləyən nazir prezidentin idarəetmə ilə bağlı təlimatlar verməyə başladığını bildirib.
Qeyd edək ki, Uqo Çaves 2011-ci ildən bəri əziyyət çəkdiyi xərçəng xəstəliyi səbəbilə keçən həftə dördüncü dəfə əməliyyat olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB