Prezidenti daşa basdılar

Tunisin prezidentini daş-qalaq etdilər

Sidi-Buazid şəhərini ziyarət edən Tunis prezidenti Monsefa əl-Mərzuki və parlamentin spikeri Mustafa bin Cəəfəri daşa basıblar.Prezident və spiker bu şəhərə inqilabın ildönümünü qeyd etmək üçün gəlmişdilər.

Hadisə prezident çıxışını başa çatdırdıqdan sonra sözü spikerə verən zaman baş verib. Bu zaman hakimiyyətin siyasətindən narazı olan şəhər sakinləri natiqlərə daş atmağa başlayıblar. Təhlükəsizlik xidməti ölkə başçısını dərhal hadisə yerindən uzaqlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə