Ermənilər Yeni ili borc içində qarşılayır

Ermənilər Yeni ili borc içində qarşılayır

Ermənistanda son illər Yeni ili qeyd etmək üçün kredit götürmək ənənəsi yaranıb. Ermənistan mətbuatı yazır ki, artıq dekabrın 10-dan bankların işi çoxalır, çünki kredit götürənlərin və pul köçürmələrinin sayı artır.

Ermənistan banklarından birinin əməkdaşı Nelli Badumyan bildirib ki, hazırda kəskin kredit artımı müşahidə olunur. Onun sözlərinə görə, vətəndaşlar Yeni il xərcləri üçün kredit götürürlər: "Odur ki, belə vətəndaşların sayı 30 faiz artıb. Ötən ilin təcrübəsi göstərir ki, bu statistika yanvarın əvvəlinə kimi qalacaq. İnsanlar əsasən 800 milyon dram borc götürürlər və bir qayda olaraq, girov kimi qızıl qoyurlar. Bankımızın ölkənin rayonlarındakı filialları daha çox kredit verir. Orada faizlər də bir az aşağıdır. Əgər İrəvanda 24 faizdirsə, rayonlarda bu rəqəm 22-dir".

Bütün xəbərlər Facebook səhifəmizdə