485 milyonluq “uçan saray” satıldı

485 milyonluq “uçan saray” satıldı

Dünyanın ən varlı şəxslərindən hesab edilən, Səudiyyə kralının varislərindən olan əl-vəlid bin Talyal yaxın vaxtlarda 485 milyon dollara sifariş etdiyi xüsusi "Airbus-380" təyyarəsini əldə edəcək. SİA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, həmin təyyarə dəbdəbəsinə görə "uçan saray" adlandırılır.

Təyyarənin içərisi üç mərtəbədən ibarətdir. Burada konfrans zalları, banket zalları, beş otaqlı kral mənzili, həmçinin bir böyük kitabxana yer alıb.

Təyyarədə quraşdırılmış xüsusi lift sahibini ən aşağı mərtəbəyə endirir. Burada "Rolls-Rosce" avtomobilləri üçün avtomobil qarajı yer alıb.

Hələlik "Uçan saray" yalnız bir nümunəyə malikdir. Lakin, "Airbus" şirkəti səudiyyəli şahzadəyə bu təyyarənin satılmasından sonra onun reklamının gedəcəyinə və yeni sifarişlərin olacağına inanır.

Bütün xəbərlər Facebook səhifəmizdə