Ən uzun və yüksək sürətli qatar açılacaq

Ən uzun və yüksək sürətli qatar açılacaq

Dünyada hər şeyin ən yaxşısını yaradan Çin qarşıdakı günlərdə dünyanın ən uzun və yüksək sürətli qatarını insanların istifadəsinə verəcək. SİA-nın Çin mətbuatına istinadən verdiyi xəbərə görə, Çin Dəmiryol Nazirliyi tərəfindən bu xəttin paytaxt Pekinlə şərqdəki Guangzhou şəhərini birləşdirəcəyi bildirilib. Qatar Mao Zedongun doğum günündə, 26 dekabrda açılacaq. Xəttin uzunluğu 2 min 298 kilometrdir. Qatarın Şijiazhuang, Zhengzhou, Vuhan ve Çangşan da daxil olmaqla 35 stansiya üzrə fəaliyyət göstərəcəyi açıqlanıb.

Orta sürəti saatda 300 km olan qatarın əvvəllər 20 saata getdiyi yolu yeni nəqliyyat vasitəsi 8 saata gedəcək..

Nazirlik sözügedən xəttin Pekinlə Vuhan arasında yükdaşımanı 20 milyon ton artıracağını deyib.

Yeganə Süleymanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə