İran prezidentinin Türkiyəyə səfəri təxirə salınıb

İran prezidentinin Türkiyəyə səfəri təxirə salınıb

İran prezidenti Mahmud Əhmədinejadın dekabrın 17-də Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, M. Əhmədinejad Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında xüsusi təyyarə ilə Konya şəhərinə səfər etməli və burada Həzrəti Mövlananın haqqa qovuşmasının 739-cu ildönümü münasibətilə keçirilməsi planlaşdırılan Şəbi Arus mərasimlərinə qatılmalı idi. Ancaq İran prezidentinin vacib işləri olduğu üçün Türkiyəyə səfəri təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə