Tehranın “Patriot” əndişəsi

Tehranın “Patriot” əndişəsi

İran: Türkiyədəki "Patriot" kompleksləri dünya müharibəsi təhlükəsi yaradır

Türkiyənin cənubunda, Suriya sərhədi yaxınlığında NATO-nun "Patriot" zenit-kaket komplekslərinin yerləşdirilməsi dünya müharibə təhlükəsi yaradır. İTAR-TASS-ın verdiyi məlumata görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadi bəyan edib.

"Hər "Patriot" raketi dünya xəritəsində qara ləkədir. Onlar dünya müharibəsinin başlanmasına yönəliblər", - iranlı general Tehrandakı çıxışında bildirib.

NATO-nun Suriya ilə sərhəddə "Patriot" raketlərinin yerləşdirmək planlarını şərh edən Həsən Firuzabadi deyib: "Onlar dünya müharibəsi planı hazırlayırlar. Bu, bəşəriyyət, eləcə də Avropanın gələcəyi üçün çox təhlüklədir.

Bununla belə, iranlı general Türkiyəyə qarşı heç bir hədələyici bəyanat verməyib: "Biz Türkiyənin dostudur. İstəyirik ki, Türkiyə təhlükəsiz olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə