Cənubi Koreyalı müğənni PSY-nin son günlər virtual dünyanın fenomeni olmuş "Gangnam Style" mahnısı və rəqsi NASA əməkdaşlarına da təsirsiz ötüşməyib. SİA-nın məlumatına görə, NASA akademiyasının tələbələri bu musiqinin müşayiəti ilə əyləncəli klip hazırlayıb.
"NASA Johnson Still" adlı klip NASA-nın rəsmi "Facebook" səhifəsində yayılıb. Müğənninin özü tərəfindən ifa olunan mahnının nəqərətində orijinaldan fərqli olaraq "Nasa conson stayl" (NASA Johnson Still) deyilir.
Klipin, NASA və Johnson kosmik mərkəzində aparılan fəaliyyətlər barədə insanları məlumatlandırmaq məqsədilə könüllü tələbə qrupu tərəfindən hazırlanmış ictimai layihə olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB