Prezidentin təyyarəsi ilə kurortlara hansı məmurlar uçub?
Gürcüstan Müdafiə Nazirliyi ölkə prezidentini ittiham edib.Gürcüstanın hərbi qurumu Saakaşvilinin hökumətə məxsus "Galfstream G450" təyyarəsi ilə kurortlara uçduğunu iddia edib. İddiaya görə, Saakaşvili Las-Palmas, Nitsa və Milana istirahətə gedərkən bu təyyarədən istifadə edib. Məlumata inansaq, bu təyyarə ilə həmçinin hakim Vahid Milli Birlik Partiyasının üzvləri də istirahətə gedirmişlər.
Bununla bağlı Müdafiə Nazirliyi təyyarəni balansında olduğu lizinq şirkətinə qaytarmaq qərarına gəlib. Bu da nazirliyə 6 milyon dollar qənaət etməyə imkan verəcək.
Prezident Administrasiyası isə bu məlumatı təkzib edib. Oradan bildiriblər ki, Mixail Saakaşvili bu təyyarədən ümumiyyətlə heç vaxt istifadə etməyib. Bu isə belə düşünməyə əsas verir ki, ya Gürcüstanın Müdafiə Nazirliyi yalan danışır, ya da Saakaşvilinin təyyarəsindən başqa yüksək ranqlı məmurlar istifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB