Hollandiyalı düzəltdiyi gəmizinə heyvanları toplamağa başlayıb
Hərə dünyanın sonuna bir formada, özünəməxsus tərzdə hazırlaşır. Amma əksəriyyət bu hadisənin baş verəcəyinə hələ də inanmaq istəmir. SİA-nın xarici mətbuatdan əldə etdiyi məlumata görə, hollandiyalı Yohan Qübers dünyanın sonuna 2 həftə qalmış 20 ilə tikdyi gəmisinə heyvanları toplamağa başlayıb. Nuh Peyğəmbərin "davamçısı" gəmisinə artıq keçi, qoç, at, it, dovşan, bir neçə növ quş və hətta fil balası da toplayıb.
Bir neçə növ heyvanın tapılması çətin olduğundan, Qübers apokalipsisi atladanlar üçün, yəni gələcək nəsil üçün gəmiyə şirlərin, pələnglərin, meymunların və ayıların tam bənzəri olan oyuncaqları da yığıb.
Hollandiyalı gəmi tikmək fikrinə 1992-ci ildə doğma şəhərini su basdıqdan sonra gəlib. O vaxtdan o düşünür ki, dünyanın sonu məhz dekabrın 21-də baş verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB