ABŞ rəsmən Suriya müxalifətini tanıyıb

ABŞ rəsmən Suriya müxalifətini tanıyıb

ABŞ prezidenti Barak Obama Suriyada Bəşər Əsədə qarşı döyüşən Müxalif və İnqilabçı Güclər Milli Koalisiyasını (SMDK) Suriya xalqının qanuni nümayəndəsi olaraq tanıdığını rəsmən bəyan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti bildirib ki, ölkəsi Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisiyasını (SMDK) Suriya xalqının qanuni nümayəndəsi olaraq tanıyır. Müxalif qüvvələrə qarşı yaxşı mübarizə aparıldığını deyən Obama bildirib ki, Bəşər Əsədə qarşı döyüşənlər arasında ABŞ-a qarşı olan qüvvələr var.

ABŞ prezidenti həmçinin qeyd edib ki, İngiltərə, Fransa, Türkiyə və Körfəz Əməkdaşlıq Şurası SMDK-nı Suriyanın nümayəndəsi olaraq tanıdığını daha əvvəldən açıqlamışdı. ABŞ-ın da bu istiqamətdə addımı Suriya müxalifətinin mübarizəsinə müsbət təsir edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə