Rusiya öz “RLS”ni açıqladı

Rusiya öz “RLS”ni açıqladı

Rusiya yaxın vaxt ərzində Armavirdə "Voronoej-DM" tipli RLS-i işə salmağa hazırlaşır. Azərbaycandakı Qəbələ RLS-dən imtina edən Rusiya yaxın vaxt ərzində Armavirdə "Voronoej-DM" tipli RLS-i işə salmağa hazırlaşır. Bu barədə "İnterfaks"a hərbi-diplomatik dairələrindən bildirilib.

Mənbə bildirib ki, yeni RLS bundan əvvəl Qəbələ RLS-in nəzarət zonalarını yenidən örtəcək. Belə ki, Armavirdəki obyekt Türkiyəni, İraqı, İranı, Hindistanı və Yaxın Şərq ölkələrini "görə" biləcək.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, yaxın zamalarda "Daryal" tipli köhnə RLS-dən tam olaraq imtina edəcək. Onların əvəzinə "Voronej" tipli müxtəlif diapozonlu müasir radarlar tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə