Altı yazar Bəşər Əsədə açıq məktub yazıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yazarlar Bəşər Əsəddən istefa tələb ediblər. Aralarında Nobel Ədəbiyyat mükafatçısı Orxan Pamukun da olduğu dünyanın 6 məşhur yazarı Bəşər Əsədə açıq məktub yazaraq ondan istefa etməsini tələb ediblər.
Açıq məktub Fransanın "Liberation" qəzetində yayımlanıb. Məktubda bildirilir: "Yəmən prezidenti Əli Abdullah Saleh kimi ailənlə gedişini müzakirə et. Ruslar və çinlilər sənə sığınacaq verməsə Əlcəzairə get. Əlcəzairlilər qonaqpərvər xalqdır. Qəhrəmanları Əbdülqədirin Suriyaya pənah gətirdiyini unutmayıblar. Əmir Əbdülqədir Fransa tərəfindən işğal olunanda III Napoleon tərəfindən Suriyaya getməsinə icazə verilmişdi. İstefa etmən özün, ailən, dostların, bölgə və dünya üçün ən yaxşısıdır. Tək çıxış yolu budur. İstefa etməsən, səni və ailəni gözləyən tək yol Səddam Hüseyn və Müəmmar Qəddafi kimi ölümdür. Səni dəstəkləyən Rusiya və Çinə çox güvənməməni tövsiyə edirik".
Məktubu imzalayan yazarlar
1. Orxan Pamuk
Türk yazar
2. David Grossman
İsrailli yazar
3. Claudio Magris
İtaliyalı yazar
4. Bualem Sansal
Əlcəzairli yazar
5. Martin Valser
Alman yazar
6. Alfred Grosser
Fransız siyasətşünası
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB