Builki Nobel sülh mükafatlarının verilməsi birmənalı qarşılanmayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu məqsədlə Nobel fəalları Avropa Birliyinin Nobel mükafatına laureat olmasını etirazlarla qarşılayıb.
Paytaxt Oslo şəhərində baş tutan aksiyaya 500-ə yaxın insan qatılıb. İştirakçıların sözlərinə görə, Amerika Birləşmiş Ştatlarından sonra hərbi sahəyə külli miqdarda maliyyə vəsaiti ayıran bir qurumun sülh mükafatına iddialı olmağa haqqı yoxdur.
Mükafatın təqdimat mərasiminə qatılmaq üçün gələn avropalı liderlər isə müsahibələri zamanı qitədə davam edən maliyyə böhranını aradan qaldırmaq üçün birliyin daha çox inteqrasiya və hökmə ehtiyacı olduğunu bildiriblər.
Qeyd edək ki, bu gün Norveçdə 2012-ci il Nobel sülh mükafatının qaliblərinin mükafatlandırılması mərasimi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB