General öldürüldü

Yəmənin Məğrib əyalətindəki neft kəmərinə baxış keçirməyə gələn general "Əl Qaidə" terrorçuları tərəfindən öldürülüb. Bu kəmər partlayış nəticəsində zədələnmişdi. General Nasser Nəci bin Fərid ilə birgə 8 hərbçi öldürülüb. Bildirilir ki, terrorçular pusqu quraraq maşın karvanına hücum ediblər. Maşın karvanını güllələyəndən sonra iki hərbi maşını qaçırıblar. Hərbçilərin fikrincə, hücumu "Əl Qaidə" terror təşkilatı həyata keçirib.

"Əl Qaidə"nin Yəmən bölməsi regionda çox yüksək fəallıq göstərir. 2001-ci ildə onlar Yəmənin bir necə şəhərini ələ keçirmişdilər. Budan sonra hərbçilərlə "Əl Qaidə" arasında şiddətli silahlı münaqişə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə