Moskvadan Vladimir Putinin Bidzina İvanişvili ilə görüşə hazır olduğuna işarə edilib
Yaxın vaxtlarda Rusiya tərəfinin Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələrin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə görüşü təşkil ediləcək. Rusiya mətbuatının verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya XİN rəhbəri Sergey Lavrov çıxış edib. Bu bəyanatı şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Gürcüstan rəhbərləri arasında təmasların mümkünlüyünə işarə edib. O bildirib ki, bir nəfər (Saakaşvili-red.) istisna etməklə, Gürcüstanın digər rəsmiləri ilə görüşlər keçiriləcək.
"Bu məsələdə Rusiya hadisələrin müsbət inkişafını gözləyir", - deyə o vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB