Əsəd razılığa gəlmək məcburiyyətində qalacaq

Əsəd razılığa gəlmək məcburiyyətində qalacaq

Pan Gi Mun: "Beynəlxalq birlik olsa, Suriya hökuməti razılığa gəlmək məcburiyyətində qalacaq"

"Beynəlxalq ictimaiyyətdə birlik olmalıdır. Əminəm, bu birlik sayəsində Bəşər Əsəd və Suriya hökuməti problemi ən qısa müddətdə həll etmək üçün razılığa gəlmək məcburiyyətində qalacaq".

Bunu BMT-nin Baş katibi Pan Gi Mun, Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu ilə təşkil etdiyi birgə mətbuat konfransında bildirib.

O deyib: "Davam edən bu şiddətdən və beynəlxalq ictimaiyyətin Suriya xalqına sülh gətirmək üçün yaşadığı acizlikdən bezdik. 21 ay oldu və 40 mindən çox insan öldü. Artıq beynəlxalq ictimaiyyətin, BMT-nin, xüsusilə də Təhlükəsizlik Şurasının üzvlərinin hamısının daha çox səy göstərməsinin vaxtı çatıb. Bizim beynəlxalq ictimaiyyətin birliyinə ehtiyacımız var".

Bütün xəbərlər Facebook səhifəmizdə