Klinton Lavrovla Suriya məsələsini müzakirə edəcək
Suriyanın kimyəvi silahdan istifadə edəcəyinə dair narahatlıqların artdığı dövrdə İrlandiyanın paytaxtı Dublində sürpriz bir görüş keçiriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın dövlət katibi Hillari Klinton rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. BMT və Ərəb Birliyinin Suriya üzrə xüsusi nümayəndəsi Əl Ahdar Əl İbrahiminin də iştirak edəcəyi görüşdə Suriya məsələsi müzakirə ediləcək.
Qeyd edək ki, Moskvadakı bir mənbə görüşdə Suriya böhranının həlli istiqamətində irəliləyişə nail olmaq üçün yeni plan və ya ortaq bir anlayış üzərində müzakirələr aparılacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB