Baş katibin Türkiyə səfəri

BMT-nin baş katibi Ban Gi Mun Türkiyəyə gedir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, baş katib xüsusi təyyarə ilə Qaziantəpə gələcək. Ban Gi Mun İslahiyə qəsəbəsində suriyalıların qaldığı çadır düşərgəsini ziyarət edəcək. Baş katibin suriyalıların problemlərini dinlədikdən sonra mətbuat konfransı keçirməsi gözlənilir.

Qeyd edək ki, səfər çərçivəsində Ban Gi Munun Ankaraya gələrək prezident Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə