Sarkisyan Putinin “saqqızını oğurladı”

Rusiya prezidenti İrəvana səfər edə bilər
Sarkisyan Putinin “saqqızını oğurladı”

Serj Sarkisyanın Türkmənistanda MDB dövlət başçılarının sammiti çərçivəsində Vladimir Putinlə görüşündə Rusiya prezidentinin Ermənistana səfərinin təxmini vaxtı müəyyənləşib. Məlumatı 168.am saytı hakim Respublika Partiyasındakı mənbələrə istinadən yayıb.

Məlumata görə, Vladimir Putin dekabrın sonu-yanvarın əvvəlində Ermənistana səfər edə bilər. Ermənistanın hakim partiyasının fəalları prezident seçkiləri ərəfəsində reallaşa biləcək səfəri Vladimir Putinin Serj Sarkisyana dəstəyi kimi qiymətləndirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə