"Pablo"" qasırğası nəticəsində ölənlərin sayı 420 nəfərə çatıb, daha 400 nəfər isə itkin düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dünən verilən məlumatda 311 nəfərin öldüyü və 380 nəfərin itkin düşdüyü bildirilirdi.
Bu günə olan məlumatda isə ölənlərin sayı 420 çatıb. Bütövlükdə qasırğadan 5 milyon Filippin vətəndaşına ziyan dəyib. Ölkədə 7 min ev yzararsız vəziyyətə düşüb. "Pablo"qasırğası son 20 ildə ölkənin cənub hissəsində baş vermiş ən şiddətli qasırğadır. Küləyin surəti saatda 170-200 km çatıb, güclü leysan yağışları daşqınlara və sürüşmələrə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB