Çinin son silahları ABŞ-ı qorxudur

Çinin son silahları ABŞ-ı qorxudur

ABŞ hərbi gücünü Asiya-Sakit Okean bölgəsində göstərməkdə davam edərkən dünyanın supergücünə çevrilməkdə olan Çin də buna qarşılıq olaraq silahlanmağa davam edir. SİA-nın xarici mətbuatın yazdıqlarına istinadən verdiyi məlumata görə, Obamanın Cənub-Şərqi Asiya ölkələrinə səfəri əslində Çinin ətrafında hərbi həlqəni daraltmağa hesablanıb.

Çinin son illərdə silahlanma istiqamətində atdığı addımlar ABŞ tərəfindən yaxından izlənilir. Çin ordusunun davamlı olaraq modernləşməsi və hərbi arsenala verilən ən son texnoloji silahlar Pentaqonu narahat etməyə bilməz.

Çin, xüsusilə, Sakit Okeanda ABŞ-ın kosmik hücum qruplarına qarşı yeni texnologiyalar tətbiq etməyə çalışır. Halbuki ABŞ-ın hazırda 5-i Çinin şərq sahili, 5-i qərb sahili, biri Yaponiyada olmaqla cəmi 11 kosmik hücum qrupu var.

Çin ordusunda modernləşmənin çox sürətlə aparılması ABŞ da daxil olmaqla bölgədə marağı olan qüvvələi buradan uzaq durmağa məcbur edir. Pekinin kosmik hücumları dəf etmək üçün istehsal etdiyi yeni silahlar Çinin bölgədə əsas güc olduğunu bir daha təsdiq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə