Suriya iqtisadiyyatı çökdü, qiymətlər uçdu

Suriya iqtisadiyyatı çökdü, qiymətlər uçdu

Keçən ilin mart ayından bəri hadisələrin davam etdiyi Suriyada tərəvəzin qiyməti 5 dəfə artıb. Suriyalılar xiyar, pomidor, kahı kimi salat vəsaitlərini satın almaq imkanından məhrum olublar.

Əkinçilər məhsullarını tarlalardan toplamaq üçün nəqliyyata çəkilən xərci ödəmək imkanı olmadığından bazarlara mal çıxara bilmirlər. Buna görə də Suriyanın paytaxtı da daxil olmaqla iri şəhərlərdə tərəvəz qıtlığı yaşanır. Əsəd rejiminə qarşı tətbiq olunan sanksiyalar səbəbiylə neft ixracatının düşməsi də xarici valyutanı dəyərsiz hala gətirib.

Kənd təsərrüfatı məhsullarını almaq üçün nəğd pulun olmaması Suriyanın əkinçilik naziri Suphi Abdullahı xalqa yeni təkliflər verməyə vadar edib. Nazir bildirib ki, vəziyyət olduqca ağırdır, embarqolar iqtisadiyyatı dözülməz hala gətirib, amma əkinçilər öz işlərindən qalmamalıdırlar. Buna baxmayaraq xalqın ən kasıb təbəqəsi sayılan əkinçilər nazirin "boğazdan yuxarı vətənpərvərlik" mahnısına qulaq asmaq həvəsində deyillər.

Suriyanın Baş naziri Vail Xalqı isə döyüşün Suriya iqtisadiyyatına olan zərərinin təxminən 29 milyard dollar olduğunu açıqlayıb. Bu, təxminən olaraq ölkənin 2010-cu ildəki milli gəlirinin yarısına bərabərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə