Ermənistanda yerləşən "Metsamor" atom elektrik stansiyası fəaliyyətini bərpa edib. Ermənistan mətbuatının məlumatına görə, elektrik stansiyasının direktoru Qaqik Makosyan bildirib ki, stansiya fəaliyyətə noyabrın 27-də saat 03:29 başlayıb.
Onun sözlərinə görə, bütün planlaşdırılmış işlər artıq bitib: "Stansiyanın fəaliyyətinin dayandırılmasına səbəb orada aparılan əsaslı təmir işləri olub. AES hər 4 ildən bir təmir edilir".
Qeyd edək ki, sonuncu dəfə stansiya fəaliyyətini 89 gün dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB