Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli Ədalət və İnkişaf Partiyasının rəhbəri, baş nazir Ərdoğanın ünvanına tənqidlər irəli sürüb. O xüsusilə Ərdoğanı Türkiyədə sultanlıq qurmaqda ittiham edib.
"Türkiyənin taleyi elə bil yalnız baş nazir Ərdoğana bağlanıb. Türk millətinin sanki Ərdoğandan başqa seçimi yoxdur. Hakim partiyanın tək məqsədi mövcud rejimi dəyişdirməkdir. Ərdoğan özünü sultan olaraq görmək istəyir. Parlamentli ölkə sistemi onun nəyini narahat edir?", - deyə MHP lideri bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB