Dəniz reysləri təxirə salınıb

Dəniz reysləri təxirə salınıb

İstanbulda əsən güclü cənub-qərb küləyi səbəbindən bütün dəniz reysləri təxirə salınıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda Türkiyə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Ölkənin Avropa hissəsindəki Ədirnə şəhərində ilk qar yağıb.

Sinoptiklər qeyri-sabit hava şəraitinin bütün həftə boyu davam edəcəyi barədə xəbərdarlıq ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə