Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Üçüncü Türkiyə-Rusiya Üst Səviyyəli Əməkdaşlıq Şurasının iclası daxilində Türkiyəyə gedən Rusiya Dövlət Başçısı Vladimir Putinlə Dolmabaxça Sarayında, Nazirliyin ofisində görüşüblər. SİA-nın verdiyi xəbr görə, rəsmilər 2,5 saatlıq görüşdən sonra təşkil etdikləri mətbuat konfransında "ortaq" Suriya mesajı veriblər.
Fələstinin BMT-də müşahidəçi üzv statusu qazanması ilə əlaqədar olaraq Rusiyanın bu məsələyə müsbət qatqısına görə təşəkkür edən Ərdoğan: "Dostumuz Rusiya ilə xarici siyasət prinsipimizin üst-üstə düşməsi bizi məmnun edir. Ən böyük xahişimiz Suriyada davam etməkdə olan qarşıdurmaların və axan qanın bir an əvvəl dayanmasıdır. Bu mövzuyla əlaqədar xarici işlər nazirlərimiz görüşəcəklər və uyğun qərarlar alınacaq" -deyib.
Vladimir Putin isə Suriya mövzusunda Türkiyə ilə mövqelərinin bənzədiyini ancaq üsullarla əlaqədar bəzi fərqliliklərin olduğunu bildirib: "Hörmətli Baş nazirlə reallaşdırdığımız görüşdə yeni fikirlər meydana gəlib və biz bu fikirlər ətrafında işləyəcəyik. Bir ölkənin torpaqlarına atəş açılırsa bu hadisəni görməmək çox çətindir. Türkiyə və Rusiya qonşu ölkələrdir. Hər ölkənin böyük məsuliyyətləri var. Bizim də məsuliyyətimiz var. Çünki Rusiya sərhədinə də yaxın yerlərdə belə hadisələr baş verir. Bu məsələdə də Rusiya dost Türkiyə ilə həmrəydir"
Bel ağrısına görə xarici səfərlərini təxirə salan Putinin bu səfəri qısamüddətli olub. İstanbulda Dolmabaxçada Ərdoğanla görüşündən sonra 11 razılaşma aktı imzalayıb və Rusiyaya qayıdıb. Nəticədə isə Türkiyənin prezidenti Abdulla Güllə Rusiya prezidenti Vladimir Putinin görüşü ləğv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB