Vladimir Putin: "Rusiya Suriyanın vəkili deyil"

Vladimir Putin: "Rusiya Suriyanın vəkili deyil"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşən Rusiya prezidenti dünya üçün əhəmiyyətli olan bir sıra vacıb detallara toxunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ərdoğan bildirib ki, ən böyük istəklərinin Suriyada axan qanın dayandırılmasıdır. "Suriya xalqının iradəsinin hakim olması, sülh və sabitliyin təmin olunması ölkə, bölgə və dünya üçün həyati əhəmiyyət daşıyır".

Putin isə Suriya ilə bağlı sualın cavabında Suriyanın vəkili olmadıqlarını, Türkiyə ilə mövqelərinin eyni, lakin üslublarının fərqli olduğunu bildirib. "Suriyanın gələcəyi ilə bağlı mövqelərimiz eynidir, amma hansı metodlardan istifadə edilməsi məsələsində bəzi fikir ayrılıqlarımız var. Baş nazirlə görüşmüzdə yeni fikirlər ortaya çıxıb. Bu fikirlər üzərində çalışacağıq. Əlbəttə, bir ölkənin torpaqlarına atəş açılırsa, buna göz yummaq olamz. Türkiyə və Rusiya qonşudur, iki ölkənin də böyük məsuliyyəti var. Lazımi məsləhətləşmələri davam etdirəcəyik".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə