Bəşər Əsəd kimyəvi silahdan istifadə edə bilər

Manaf Tlass: "Əsəd sona doğru kimyəvi silahdan istifadə edə bilər"
Bəşər Əsəd kimyəvi silahdan istifadə edə bilər

Əsədin keçmiş komandanlarından Manaf Tlass Suriya rejiminin sona yaxınlaşdığı zaman xalqına qarşı kimyəvi silahdan istifadə edə biləcəyini söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda Manaf Tlass "Sunday Times" qəzetinə açıqlama verərkən deyib. Onun sözlərinə görə, Əsəd rejimi hazırda hava qüvvətlərindən və tanklardan öz xalqına qarşı istifadə edir. Rejim yıxılarsa kimyəvi silahlardan da istifadə edilməsi istisna deyil.

Əsəd ailəsiylə keçmişdə yaxın əlaqələri də olan Manaf Tlass bildirib ki, Bəşərin hər zaman Suriya xalqına yaxın olduğunu, xalqla birlikdə olmağı sevdiyini və küçə etirazları başladığı zaman xalqına qarşı davranışının belə olacağını heç vaxt təxmin edə bilməzdim, - deyə vurğulayıb.

"Suriyadan ayrılmasam, öldürüləcəkdim", - deyən Tlass qaçışına Azad Suriya Ordusunun yardım etdiyini bildirib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə