İsraildən Fələstinə qarşı daha bir addım

Fələstinə transfer ediləcək vergi gəlirləri dondurulub
İsraildən Fələstinə qarşı daha bir addım

İsrail BMT-nin qərarına etiraz olaraq Fələstinə transfer edilməli olan vergi gəlirlərinin müsadirə edilməsinə qərar verib. SİA-nın verdiyi xəbərə görə, İsrailin "Kanal 7" televiziyasının xəbərində deyilir ki, İsrailin Nazirlər Kabinetinin həftəlik toplantısında çıxış edən maliyyə naziri Yuval Steinits Fələstinin BMT-yə müraciətini birtərəfli addım kimi dəyərləndirib və qarşılığında Ramallah rejiminə transfer ediləcək vergi gəlirlərinin dondurulduğunu açıqlayıb. Nazir bu gəlirlərin Fələstinin borclarının əvəvzi sayılacağını bildirib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə