Qar paytaxtla əlaqəni kəsib

Rusiyada güclü qar yağışı və buzlanma nəticəsində Moskva və Sankt-Peterburqu birləşdirən magistral yol bağlanıb. SİA-nın verdiyi xəbərə görə, yolun bağlanması nəticəsində 200 kmlik tıxaclar əmələ gəlib. Minlərlə maşın yolda qalıb. Tıxacda qalanları qorumaq məqsədi ilə yolda səyyar kafelər fəaliyyət göstərib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə