"Qərbi İordan torpaqları Fələstinə aiddir"

Bu sözlər Türkiyənin XİN rəhbəri Əhməd Davudoğluna aiddir
"Qərbi İordan torpaqları Fələstinə aiddir"

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstinin statusunun yüksəldilməsinə qarşı çıxış edən İsrailin Qərb sahili bölgəsində yeni yaşayış binaları tikərək məskunalaşdırma fəaliyyətini artırması Ərəb dövlətlərini narahat edir. Ötən gün İstanbulda keçirilən Türk-ərəb əməkdaşlığı forumunda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu məsələ ilə bağlı öz mövqeyini bildirib. Davudoğlu qeyd edib ki, Baş Assambleyada Fələstinin statusu ilə bağlı səsvermədə bu dövlətin əleyhinə səs verən ölkələr verdikləri qərarı dərindən götür-qoy etməlidirlər.

"Ümid edirik ki, qərarın əleyhinə səs verən ölkələr Fələstinin dövlət olmaq reallığını qəbul edəcəklər. Fələstinlilər çox uzun müddətdir ki, beynəlxalq arenada haqları olduğu statusa malik olmaq üçün cəhdlər göstərirdilər. Türkiyə və Ərəb dünyası Fələstinin bu nailiyyətinə böyük əhəmiyyət verir. Beynxəlalq ictimaiyyət Fələstini dövlət kimi tanıdığı halda İsrail Qərb sahili bölgələrdə məskunlaşdırma fəaliyyətini artıraraq işğalçılıq siyasətindən əl çəkmir. Buradan İsarilə ismarış göndərmək istəyirəm. Qərbi İordan torpaqlarında hər nə qədər məskunlaşdırma fəaliyyətləri davam etdirilsə də, o torpaqlar və Qəzza bölgəsi 1967-ci illərdəki sərhədləri ilə Fələstinə aiddir" - deyə Davudoğlu sözlərini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə