Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Qəzzaya səfər etməyəcək. Bu barədə ictimaiyyətə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu məlumat verib. Onun sözlərinə görə, baş nazir Rəcəb Tayyib Ərdoğanın gələn həftə üçün nəzərdə tutulmuş iş qrafiki ona Qəzzaya səfər etməyə imkan vermir.
Qeyd edək ki, Əhməd Davudoğlu media nümayəndələrinin qarşısında çıxış edərkən həmçinin bildirib ki, baş nazir Əroğanın Həmas təşkilatının siyasi lideri Xalid Məşəllə olan görüşü də baş tutmayacaq.
Nəzərinizə çatdıraq ki, gələn həftə dekabr ayının 5-də Qəzzada Həmas təşkilatı yaranmasının 25 illiyini qeyd edəcək. Bu məqsədlə Xalid Məşəlin də Misir ərazisindən Qəzzaya daxil olması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB