NASA: "Dünya dağılmayacaq!"

Maya təqviminin 21 dekabr 2012-ci ildə sona çatmağı insanları təşvişə salıb. Həmin gecə dünyanın dağılacağı barədə bir çox fərziyyələr var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, NASA bu barədə öz internet saytından dünyanın dağılmayacağını, bu gecənin sadəcə ən uzun gecə olduğunu açıqlayıb. NASA dünya ilə toqquşacaq planet haqqında soruşulan suala isə belə cavab verib: "Əgər bu xəbər doğru olsaydı biz bunu ən azı 10 il əvvəl bilərdik"

Qeyd edək ki, təqvimin sona çatdığı 21 dekabr Meksikada rəngarəng tədbirlərlə keçiriləcək. Bu günlərdə Maya keşişləri festival üçün son hazırlıqlarını görürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə