Tacikistanda "Facebook"a giriş qadağan olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin rabitə naziri Beq Zuxurov verdiyi açıqlamada qərarın vətəndaşların şikayətləri əsasında qəbul etdiklərini bildirib: "Hər gün yüzlərlə vətəndaş bizə müraciət edərək "Facebook"un çirkab atma mərkəzinə çevrildiyini söyləyərək saytın bağlanmasını tələb edirdi".
Zuxurov avqust ayında "könüllü vətəndaşlardan ibarət" monitorinq qrupunun yaradıldığını və bu qrupun qəribə insanların "Facebook da hökumət əleyhinə yazılar yazmaq üçün pul aldığını müəyyəmləşdirdiyini iddia edib. Tacik nazir "Facebook"un qurucusu Mark Zükerberqi sosial şəbəkə ilə bağlı problemləri müzakirə etmək üçün ölkəsinə dəvət edib.
Qeyd edək ki, Tacikistanda 41 min "Facebook" istifadəçisi var. Bu rəqəm ölkədəki bütün internet istifadəçilərinin altı faizini təşkil edir.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB