Dəməşq hava limanı bağlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Azad Suriya Ordusu ilə Bəşər Əsəd qüvvələri arasında Beynəlxalq Dəməşq hava limanı arasında yerləşən magistral yolda atışma baş verib. Nəticədə, hava limanının fəaliyyəti dayandırılıb. Həmçinin ordunun hava limanına gedən yolu da bombaladığı bildirilir.
Qeyd edək ki, dünən axşamdan bəri Suriyada elektriklər kəsilib. Mobil rabitə operatorları fəaliyyətini dayandırıb. Ölkədə güclü aclıq və yanacaq çatışmazlığı hökm sürür.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB