32 nəfər öldü, 47 nəfər yaralandı

32 nəfər öldü, 47 nəfər yaralandı

İraqda silsilə terror aktları törədilib

İraqda bu gün silsilə terror aktları törədilib. Ölkənin Hill şəhərində, Babil Ticarət Palatası qarşısında torpağa basdırılmış 2 bombanın partladılması nəticəsində 26 nəfər ölüb, 27 nəfər isə yaralanıb. Kərbəla şəhərində avtomobilə yerləşdirilmiş bombanın partladılması nəticəsində isə 2 nəfər ölüb. Terror aktı nəticəsində 20 nəfərin də yaralandığı bildirilir.

Mosul şəhərində də terror aktı törədilib. Bu hadisə nəticəsində 4 polis əməkdaşı ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə