Komor adaları sahillərində bir təyyarə hava qalxdıqdan az sonra dənizə düşüb. Təyyarədəki 29 nəfərin hamısı sağ qurtulub. "Embraer" tipli təyyarənin Komor adalarının paytaxtı Moronidəki hava limanından qalxdıqdan cəmi 5 dəqiqə sonra dənizə düşdüyü açıqlanıb.
Təyyarədə olan bir hərbi qalxışdan sonra təyyarədən yanacaq axdığının fərqinə vardığını və pilotu məlumatlandırdığını söyləyib. Pilot geri dönməyə qərar versə də, quruya çatmadan təyyarə dənizə düşüb.
Komor Adaları Mülki Aviasiya Təşkilatının baş direktoru Əbu Məhəmməd Əli təyyarədə 25 sərnişin və 4 ekipaj üzvünün olduğunu və hamısının sağ olduğunu bildirib. Yalnız pilotun başından yaralandığı qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB