Rəsmi Paris Fələstinin BMT-yə üzvlüyü məsələsini müsbət qarşılayıb
Fransa "hə" dedi

Loran Fabiüs: "Rəsmi Paris gələn həftə keçiriləcək səsvermədə Fələstinin BMT-yə üzvlüyünü təsdiqləməyi planlaşdırır"

Fələstinin Birləşmiş Millətlər Təşkilatına üzvlüyü məsələsi Fransa hökuməti tərəfindən müsbət qarşılanır. Ötən gün bu barədə açıqlama verən Fransa xarici işlər naziri Loran Fabiüs bildirib ki, rəsmi Paris gələn həftə keçiriləcək səsvermədə Fələstinin BMT-yə üzvlüyünü təsdiqləməyi planlaşdırır. Onun sözlərinə görə, Fransa bu məsələdə 1982-ci ildən indiyə kimi eyni mövqe ilə çıxış edib. "İsrail ilə Fələstin arasında davam edən atəşkəs çox kövrək razılaşmaya əsaslanır. Bölgədə nələrin baş verəcəyi və vəziyyətin necə dəyişəcəyi İsraildə keçiriləcək seçkilərdən asılıdır. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarında da hakiyyət bölgüsü uğrunda mübarizə gedir. Bütün bunlar vəziyyətə təsir edəcək. Lakin hər bir halda İsraillə Fələstin arasında davam edən münaqişələrin sona çatması üçün siyasi danışlar əsas götürülməlidir", - deyə Fabiüs sözlərini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə