ABŞ İvanişvilidən narazıdır

"Ukrayna kimi təcrid oluna bilərsən"

ABŞ-ın məşhur New York Times jurnalı Gürcüstandakı seçkidən sonrakı vəziyyət və həbslərdən yazıb.

Jurnal yazıb ki, Gürcüstanda demokratik seçkilərdən sonra demokratiyanın özü təhlükə altına düşüb. Yazarın fikrincə, buna səbəb son zamanlar ölkədə siyasi həbslərin aparılmasıdır. Bundan əlavə, İvanişvili vəzifə səlahiyyətlərini aşmaqda, qanunsuz həbsdə və işgəncədə ittiham edilib. Eyni zamanda, İvanişvili indiki prezident və onun tərəfdaşlarını qərbyönümlü siyasətə görə cəzalandırmaqda qınanıb və bildirilib ki, Gürcüstan Ukrayna nümunəsini yaşamaq istəmirsə siyasi həbslərdən çəkinməlidir.

"Timoşenkonun həbsi Ukraynanın Avropadan təcrid olunmasına gətirib çıxardı". Jurnal həmçinin Gürcüstanda demokratiyanın geriyə getdiyini Saakaşvili dönəmində müşahidə olunan müsbət meyllərin öldüyünü vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə