Dünyada ilk dəfə böyrək nəqli əməliyyatını həyata keçirən məşhur həkim Jozef Mari 93 yaşında vəfat edib. SİA-nın xəbərinə görə, Mari keçən həftə insult keçirdikdən sonra Boston şəhərində vəfat edib. 1954-cü ildə Mari və heyəti əkiz qardaşlardan birinin böyrəyini çıxararaq o birinə köçürüb və beləliklə tibbdə yeniliyə imza atıb. Bundan sonra Mari tibb üzrə "Nobel" mükafatına layiq görülüb.
Mari 1990-cı ildə başqa bir araşdırmasına görə də tibb üzrə "Nobel" mükafatının qaliblərindən biri olub.
Qeyd edək ki, Marinin kəşfindən sonra dünyada 600 mindən çox adam üzərində böyrək nəqli əməliyyatı həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB